Modern.az

Ukraynada qondarma dövlətlərin festivalı keçiriləcək - Qarabağ separatçıları da dəvətlidir

 Ukraynada qondarma dövlətlərin festivalı keçiriləcək - Qarabağ separatçıları da dəvətlidir

Dünya

10 Avqust 2015, 18:17

Ukraynanın cənub-şərqində yaradılan qondarma “Donetsk Xalq Respublikası” tanınmamış dövlətlərin film festivalını keçirəcək. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, “Tabula Rasa” adı verilən festivala postsovet məkanındakı bütün separatçı qurumlar, o cümlədən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki qondarma rejim də dəvət alıb.

“Festivalda 18 yaşı tamam olmuş və daimi əsasla tanınmamış respublikaların ərzaisində yaşayan rejissorlar iştirak edə bilərlər. Bu “dövlətlər” “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası”, “Dnestryanı”, “Abxaziya”, “Cənubi Osetiya” və əlbəttə ki, “Krım” iştirak edəcək. Güman ki, Qaqauziya və “Dağlıq Qarabağ” da festivala qatılsın”-deyə tədbirin təşkilatçıları bildirib.

Qondarma festivalın münsiflər heyətinə yerli “nazirlər”, müğənni və incəsənət xadimləri daxil olacaq.

Festivalın payız aylarında baş tutması planlaşdırlır.

Vüqar İsmayılov  

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür