Arxiv
15 Noyabr 2010, 11:35 | ÖLKƏ
Fransız qadınlarını heyrətləndirən Qarabağ atları...


Azərbaycanda atçılığa maraq həmişə böyük olub. Bir neçə minillik yaşa malik atçılıq həm də mlli mədəniyyətimizin və tariximizin bir hissəsidir. Təsadüfi deyil ki, indiyədək dünyada 260-a yaxın at cinsi yetişdirilib ki, onlardan da ikisi-«Qarabağ» və «Dilboz» cinsləri məhz Azərbaycana məxsusdur.

Ata-babalarımızın atla bağlı düzüb-qoşduğu ibrətamiz kəlamlar bu gün də dilimizdə dolaşır ki, bu da igidin yaraşığı sayılan ata verilən qiymətdir. Əcdadlarımız atçılıqla bağlı olan digər sahələr - atüstü oyunlar, faytonçuluqla da daim fəxr ediblər. Tarixi qaynaqlar hələ tunc dövrünün son mərhələsində Azərbaycan ərazisində yaşayan insanların atçılıqla məşğul olduğunu bildirir. Akademik B.A.Kaufman respublikamızın ərazisindən tapılan yüyənləri eramızdan öncə birinci minilliyin əvvəllərinə aid edir. Həmin dövrə məxsus tapıntı olan yəhər qaşı, yəhər yanı, tunc zınqırovlar və digər əşyalar sübut edir ki, Azərbaycan atçılığının sorağı çox-çox əski çağlardan gəlir. Tarixi sənədlər vətənimizin Şərqdə ən böyük atçılıq ölkələrindən biri olduğunu göstərir.

Hələ vaxtilə  ərəb atları əhliləşdirilənə qədər Azərbaycanda cins Qarabağ atlarının nəsli olub.

Bu atlar Azərbaycan atçılığında ən görkəmli yer tutur. Qarabağ atları ölkəmizdə ən qədim dağ minik at cinsidir. Bu atlar məşhur Midiya atlarının nəslindəndir. XVIII əsrin ortalarında bəzi ilxılarda Qarabağ atı ərəb, İran və türkmən at cinsləri ilə də yaxşılaşdırılmışdı.

Mütəxəssislərin sözlərinə görə, Azərbaycanın mülayim iqlimi, zəngin qış və yay otlaqları, xalqımızın keçmişdə həm də köçəri həyat sürməsi ölkəmizdə ilxı şəraitində davamlı, möhkəm və yüksək iş qabiliyyətli atlar yetişdirməyə imkan verib.

Qarabağ atları gözəl eksteryerli, mütənasib quruluşu, narıncı (sarı, qızılı-kürən) rəngli olurlar. Onları davamlılığına görə keçmişdə İran, İraq, Polşa, Misir, İngiltərə, Rusiya, Gürcüstan kimi ölkələrə apararaq  döllük cins kimi istifadə ediblər. Zaqafqaziyada və Şimali Qafqazda at cinslərinin, o cümlədən Don atının yaxşılaşdırılmasına da Qarabağ atının təsiri olub. Bu atlar ortaboylu, bədən quruluşu mütənasib, ilxı şəraitinə dözümlüdür.

Qarabağ atının əsas eksteryer xüsusiyyətləri bunlardan ibarətdir: başı quru, çox yaraşıqlı, cidovu orta hündürlükdə, arxası və beli düz, döşü və ümumiyyətlə gövdəsi enli, ayaqları quru, temperamentli, oynaq, konstitusiyası möhkəmdir. Süysününün hündürlüyü 148,5 sm, döş qucumu 165,8 və əl darağının çevrəsi 18,3 sm-ə qədərdir.

1946-cı ildə Ağdam Atçılıq Zavodunun yaradılması Qarabağ atının yaxşılaşdırılmasına imkan verib. Zavodda və ətraf yaşayış məntəqələrində yetişdirilən atların müsbət bioloji xüsusiyyəti kimi, madyanların kifayət qədər südlülüyü, yüksək dölvermə və çox yaşama qabiliyyəti qeyd edilməlidir.

Qarabağ atları bütün dünyada məşhurdur. 1956-cı ildə Sovet hökumətininin başçısı Nikita Xruşşov Böyük Britaniya Kraliçası Yelizavetaya «Zaman» ləqəbli Qarabağ atı bağışlayıb.
Ağdam Atçılıq Zavodunda yetişdirilən «Sumqanda» adlı at iki yaşında 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə, üç yaşında isə 2400 metri 2 dəqiqə 52 saniyəyə qaçaraq rekord sürət göstərib.

Bundan başqa «Liston», «Siqnal», «Naliv» adlı Qarabağ atları da müxtəlif vaxtlarda rekord nəticə göstərməklə dünya göstəricilərinə nail olub.

Hələ XIX əsrdə  Qafqazda hərbi qulluq keçən rus general və məmurları da Qarabağ atlarından istifadə ediblər. Bu haqda o zaman Ərzuruma səyahət edən dahi rus şairi A.S.Puşkin öz qeydlərində yazır: «Cavan rus məmurları Qarabağ ayğırlarının üzərində gəzməyi xoşlayırdılar».

Vaxtilə hər il iki dəfə Şuşadakı «Cıdırdüzü»ndə atçaparlar arasında yarışlar keçirilir, qaliblərə qiymətli hədiyyələr verilərdi. Qarabağ xanı İbrahim xanın atlarına dünya bazarında tələbat böyük idi. Həmin nəsildən olan şairə Xurşidbanu Natəvan da atçılıqla fəal məşğul olub ki, onun da bütün ölkədə məşhur olan ilxısı vardı. Şairənin Qarabağ atları 1867-ci ildə Parisdə, Moskvada və Tiflisdə ümumdünya kənd təsərrüfatı sərgilərində iştirak edib və hər dəfə də qalib gələrək, qızıl medallarla mükafatlandırılıb.

Hələ XIX əsrdə Avropadakı sərgilərdə qələbə qazanan Qarabağ atları fransız qadınlarının da diqqətindən yayınmayıb. İlk dəfyə fransız xanımlar öz saçlarını məhz Qarabağ atlarının rənginə uyğun olaraq qızılı-kürən rəngdə boyayıblar.

Hazırda Almaniyanın Frankfurt şəhərində Verena Solian adlı xanımın rəhbərliyi ilə «Qarabağ atlarının dostları» klubu da fəaliyyət göstərir. Bu qadının təşəbbüsü ilə Almaniyada Qarabağ atların kataloqu dərc olunub.

Qarabağ atlarının gözəlliyinindən valeh olan isveçrəli fermer Hans Hutmeyer hətta malikanəsinin qarşısında XIX əsrin məşhur Qarabağ atı “Əlyetməz”ə heykəl də qoyub.

Torpaqlarımıza göz dikən mənfur ermənilər Azərbaycanda atçılığın inkişafına həmişə paxıllıqla yanaşıblar. İş o yerə çatıb ki, tarixi düşmənlərimiz daim at cinslərimizə də sahib çıxmağa cəhd göstəriblər. Ermənilər bir neçə dəfə Xurşudbanu Natəvanın at zavodunda yetişdirilmiş və 1869-cu ildə Moskvada keçirilən Ümumrusiya at sərgisində mükafat almış «Bat Əlyetməz» ləqəbli Qarabağ atının şəklinin əks olunduğu marka çap etdiriblər.
Təcavüzkar Ermənistanın Qarabağın dilbər guşəsi olan Ağdamı işğal etməsindən sonra isə rayondakı Atçılıq Zavodu dağılıb. 1993-cü ildən Ağdam Atçılıq Zavodundan qalan atlar Bərdə rayonunda saxlanılır.

Fidan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin saxtakarlığına münasibət bildirdi 19 Fevral 2020, 14:48 Ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət 19 Fevral 2020, 14:36  Azərbaycanın bu ərazisində kəskin bronxit və suçiçəyi yayıldı 19 Fevral 2020, 14:30 Azərbaycanda uzunömürlülərin sayı AÇIQLANDI 19 Fevral 2020, 14:24 “Lionel Messi ilə bu mükafatı bölüşmək möhtəşəm hissdir” - Formula 1 üzrə dünya çempionu 19 Fevral 2020, 14:18 Amerikalı konqresmenlər Qarabağdakı “seçkilər”ə öz nümayəndələrini göndərir 19 Fevral 2020, 14:12 Dairə Seçki Komissiyasının sədri komaya düşdü 19 Fevral 2020, 14:06 Tovuzda təkərin partlaması ölümlə nəticələndi 19 Fevral 2020, 14:00 Türkiyə hər an əməliyyatlara başlaya bilər - Ərdoğan açıqladı 19 Fevral 2020, 13:54 Azərbaycanlı deputat gürcü politoloqun təxribatına CAVAB VERDİ 19 Fevral 2020, 13:48 Müdafiə Nazirliyi Xocalı tədbirləri keçirəcək 19 Fevral 2020, 13:41 Bakıda 40-a yaxın sərnişini soyan şəxs tutuldu 19 Fevral 2020, 13:37 Bakıda çay evində 24 yaşlı oğlan ürəyindən bıçaqlandı 19 Fevral 2020, 13:30 İranda koronavirus aşkarlandı 19 Fevral 2020, 13:24 Şəmkirdə xeyli sayda silah-sursat tapıldı 19 Fevral 2020, 13:18 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı AÇIQLANDI 19 Fevral 2020, 13:12 Sabahın HAVA PROQNOZU - yağış, duman, qar 19 Fevral 2020, 13:06 Qanunsuz tikilən evlər SƏNƏDLƏŞDİRİLƏCƏK 19 Fevral 2020, 13:00 Azərbaycanda “google map” vasitəsi ilə narkotik satan şəxslər SAXLANILDI 19 Fevral 2020, 12:55 JTI yenidən “Ən yaxşı işəgötürən”dir 19 Fevral 2020, 12:49 Tibbdə inqilab edən DAHİLƏR – Hippokratdan bu yana… 19 Fevral 2020, 12:42 BMU-nun tələbəsi Almaniyanın Koblenz Universitetinə təcrübə keçəcək   19 Fevral 2020, 12:35 Bakıda 7 evdən oğurluq edən xalaoğlular tutuldu - FOTO 19 Fevral 2020, 12:29 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinləyib - FOTO 19 Fevral 2020, 12:22 PA-nın şöbə müdiri parlament seçkilərindən yazdı: “Geriyə dönmək artıq mümkün deyil” 19 Fevral 2020, 12:15 Nailə Mirməmmədliyə BDU-da vəzifə verildi 19 Fevral 2020, 12:08 Gəncədə müzakirələr: Regionlarda gənclərin vətənpərvərlik tərbiyəsi - FOTOLAR         19 Fevral 2020, 12:02 Prezident Administrasiyasına bu məhkəmələrdən şikayətlər artıb - SİYAHI 19 Fevral 2020, 11:56 Məktəblilərə siqaret satanlar cərimələndi 19 Fevral 2020, 11:50 Təhsil Nazirliyinin “Azəriqaz”a 28 min borcu var 19 Fevral 2020, 11:44 Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq - YENİLİKLƏR 19 Fevral 2020, 11:38 Çempionlar Liqasında növbəti oyunlar keçiriləcək 19 Fevral 2020, 11:32 “Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması çətin məsələ deyil” - MÖVQE 19 Fevral 2020, 11:31 Həcc ziyarətinə getmək istəyənlərin sayında azalma var 19 Fevral 2020, 11:28 Polis 25 cinayətin üstünü açdı 19 Fevral 2020, 11:22