Modern.az

Yerə doğru 30 metrlik asteroid yaxınlaşır

 Yerə doğru 30 metrlik asteroid yaxınlaşır

6 Fevral 2016, 00:44

 

Yer kürəsinə doğru 30 metrlik asteroid yaxınlaşır. Modern.az saytı xəbər verir ki, bu barədə Anspress NASA-ya istinadən in məlumat yayıb.

Bildirilib ki, yerə doğru hərəkət edən 2013 TX68 asteroid bu il martın 5-də yerə yaxınlaşacaq. Bu məsafənin 17 yaxud 14 milyon kilometr təşkil edə biləcəyini söyləyən astronomlar onun dəqiq hansı uzaqlıqdan keçəcəciyini təyin edə bilməsə də toqquşmanı da istisna etmirlər.

Əgər toqquşma reallaşarsa çox güclü partlayışın baş verə biləcəyini söyləyən mütəxəsislər asteroidin yerdən minimum məsafədə hərəkət edəcəyi halda planetimizin səthindən 40 min kilometr aralıda yerləşən geostosionar peyklərin zərbə altında qalacağını bildirib. 2013 TX68 asteroidi 2013-cü ilin oktyabrında Catalina Sky Survey layihəsi çərçivəsində müşahidə edilib.

Yerə doğru 2 milyon kilometr hərəkət edən asteroidin hərəkət traektoriyasını hesablayan alimlərin sözlərinə görə, onun növbəti dəfə yerin yaxınlığından 2017-ci ildə daha sonra 2046 və 2097 ci illərdə keçəcəyi gözlənilir.

Hazırda NASA-nın diqqətində yerlə kəsişən orbitdə hərəkət edən 12992 asteroid var. Onlardan 1607-nin nə zamansa Yerlə toqquşma ehtimalı olduğundan plant üçün xüsusi təhlükəli hesab edilir.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir