Modern.az

Akif Muradverdiyev də həbsdən azad edildi

Akif Muradverdiyev də həbsdən azad edildi

Təhsil

17 Mart 2016, 15:23

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Modern.az saytı xəbər verir ki, ölkə başçısının sərəncamı ilə azadlığa buraxılanlar arasında eks-məmur, prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev də var.

Akif Muradverdiyev 2013-cü ilin iyun ayında tutulub, Xəzər Rayon Məhkəməsinin həmin il dekabrın 13-də çıxardığı qərarla qaçaqmalçılıqda təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi 2014-cü il fevralın 12-də bu hökmü qüvvədə saxlayıb. Apelyasiya Məhkəməsinin hökmündən Ali Məhkəmə şikayət verilib. Ali Məhkəmə də Apelyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.  

Akif Muradverdiyev 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılırdı.

Akif Muradverdiyev prezidentin işlər müdiri vəzifəsindən azad edilən vaxt - 2005-ci ilin oktyabrında da tutulmuşdu. O zaman dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilən, sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olunan Akif Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı. Ali Məhkəmə onun cəzasını 5 il sınaq müddətli şərti cəza ilə əvəz etmişdi.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı