Modern.az

Moskvada Qarabağ məsləhətləşmələri başlayır

Moskvada Qarabağ məsləhətləşmələri başlayır

Ölkə

8 Sentyabr 2016, 09:03

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Modern.az xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kasprşik də olacaq. 


Rusiya xarici işlər nazirinin iştirakı ilə həmsədrlərlə görüşün keçirilməsi planlaşdırılıb. 

Qeyd edək ki, xüsusi diqqət mayın 16-da Vyanada və iyunun 20-də Sankt Peterburqda keçirilən sammitdə əldə edilmiş razılaşmaların yerinə yetirilməsinə yönəldiləcək. 

Bu məsləhətləşmələrin keçirilməsində məqsəd Vaşinqton, Paris və Moskvanın münaqişənin həllində səylərini koordinasiya etməkdir.

 

Modern.az

 
 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı