Modern.az

Əfv Komissiyası müraciətlərə baxmağı çatdıra bilmir - Sərəncam maya QALACAQ  

Əfv Komissiyası müraciətlərə baxmağı çatdıra bilmir - Sərəncam maya QALACAQ   

Ölkə

27 Fevral 2018, 11:54

Əfv Məsələləri Komissiyası bu həftə yenidən toplanacaq. Bu barədə Modern.az-a Komissiyanın üzvü Rəşad Məcid bildirib.

R.Məcid deyib ki, daxil olan müraciətlər həddindən çoxdur:

“Müraciətlər daxil olmaqda davam edir. Komissiya və Katiblik gərgin olaraq çalışır”.

Onun sözlərinə görə, növbəti əfv sərəncamının prezident tərəfindən mayda imzalanacağı gözlənilir:

“Müraciətlər çox olduğundan hamısını Novruz bayramına qədər araşdırmaq mümkün olmayacaq. Çox güman ki, əfv sərəncamı ölkə rəhbəri tərəfindən mayda imzalanacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...