İngiltərənin dünyaca məşhur The Independent qəzeti müsəlman ixtiraçıların Avropanı və dünyanı necə dəyişdirdiyini izah edən bir məlumat dərc edib. Modern.az saytı xəbər verir ki, həmin məlumatda müsəlmanların dünyanı dəyişdirən 20 icadına yer verilib.
Modern.az maraqlı ola biləcəyini nəzərə alaraq müsəlmanların insanların həyatını dəyişdirdirən ən böyük 20 ixtirasını təqdim edir.
Qəhvə
Rəvayətə görə Cənubi Efiopiyanın Kaffa bölgəsində Xalid adlı bir ərəb çoban qoyun otararkən görüb ki, heyvanları bir bitkini yedikdən sonra canlanır. Xalid də bu bitkidən yığaraq qaynadıb içir.
İlk dəfə gecələr oyanıq qalmaq, çalışmaq ya da dua etmək istəyən Sufi alimlər tərəfindən istifadə edildiyi təxmin edilən qəhvə ancaq 1645-ci ildə Avropaya çatıb. İngiltərənin paytaxtı Londonda ilk qəhvəxananı isə bir türk açıb.
Gözün sirri
Qədim Yunanıstanda insanlar gözümüzdən şüaların çıxdığını və bunun sayəsində görə bildiyimizi düşünürmüşlər. Amma yunanların bu təxminini ilk dəfə müsəlmanlar yalana çıxarıb. İlk dəfə işığın göz içinə girərkən qırılması nəticəsində dünyanı gördüyünü kəşf edən şəxs 10-cu əsrdə yaşamış bir müsəlman alim - İbn Haytam olub. Qaranlıq otaqda işıq oyunlarıyla görünüş əldə etməyi ilk olaraq İbn Haytam kəşf edib.
Stolüstü oyun
Şahmatın bu gün oynanan forması ilk dəfə İranda icad edilib və santranç adlandırılıb. Sonralar bu oyun Qərbə də yayılıb. 10-cu əsrdə ispanlar Əməvilər sülaləsi vasitəsilə şahmatla tanış olublar.
Uçmaq
Rayt qardaşlarının ilk uçma sınağından hələ 1000 il əvvəl, 852-ci ildə Abbas İbn Firnas adlı bir ərəb Kordobadakı məscidin minarəsindən taxtadan düzəltdiyi qanadlarla atlanıb. O, uçmağa ümid edirmiş, təbii uça bilməyib. Amma taxta qanadların yaratdığı paraşüt təsiri sayəsində yüngül bir şəkildə yerə düşə bilib. 875-ci ildə 70 yaşına çatan Abbas İbn Firnas bu dəfə ipək və qartal tüklərindən hazırldığı qanadlarla bir uçurumdan atlanıb. ə 10 dəqiqəyə qədər havada qalmağı bacarıb.
Sabun
Səlib yürüşlərindəki xristian əsgərləri görən müsəlmanları dəhşətə salan şey onların təcavüzkarlığı deyil, avropalıların çox nadir hallarda çimmələri və bədənlərinin çox pis iy verməsi imiş.
Qədim Misirdə də sabun varmış, amma ərəblər bitki yağlarını qarışdıraraq müasir sabunu meydana gətiriblər. Şampun da bir ərəb icadıdır. Şampun ilk dəfə İngiltərəyə 1759-cu ildə gedib çatıb.
Mayelərin sirri
Mayeləri qaynama dərəcələrinə görə bir-birindən ayırmaq da ilk dəfə müsəlman elm adamı Cabir ibn Hayyan tərəfindən kəşf edilib. Etdiyi təcrübələrlə o, müasir kimyanın qurucusu sayılır.
Mil sistemi
Düz hərəkəti dönmə hərəkətə çevirən mil sistemini də ilk dəfə bir İslam bilgili olan Əl Ciziri kəşf edib. Nəticədə daxildən qızdırılan mühərrikin icadına qədər bütün dünyadakı mexaniki cihazların təməlini bu müsəlman meydana gətirib.
Paltar
Paltarların parçası və astarının arasının yapışdırılması da ilk dəfə Orta Şərqdə icad edilib.
Qübbə və kəmər şəkilli tikililər
Qübbə və kəmər şəklindəki tikililər İslam arxitekturasının məhsuludur. Xüsusilə qübbə arxitekturası mövzusundakı texnikalar Avropaya İslam alimləri vasitəsilə daşınıb.
İngiltərə kralı V Henrinin sarayının memarı da bir müsəlman olub.
Cərrahi alətlər
Dünyada bu gün istifadə edilən cərrahi alətlərin son dizaynları əməvilərdən Əl Zehraviyə məxsusdur. Aralarında neştər, sümük mişarları, göz əməliyyatı qayçılarının da olduğu 200 cərrahi alət müasir tibbdə də istifadə edilir.
Heyvan bağırsaqlarından hazırladığı iplə tikdiyi tikişlərin öz-özünə itdiyini də Zehravi kəşf edib. O, həm də heyvan bağırsaqlarından ilk kapsula icad edib. 13-cü əsrdə əsrdə isə ibn Nafis də dövran sistemini təyin edib.
Yel dəyirmanı
Yel dəyirmanı ilk olaraq İranda kəşf edilib və ərəb ölkələrində də inkişaf etdirilib. Avropada ilk külək dəyirmanı bundan tam 500 il sonra istifadə edilməyə başlanıb.
Peyvənd
İlk peyvənd də İslam dünyasında icad edilib. Çiçək xəstəliyinin peyvəndinin Avropada istifadə edilməsindən 50 il əvvəl Osmanlıdakı uşaqlar çiçək xəstəliyinə qarşı peyvənd edilirmiş.
Mürəkkəbli qələm
İlk mürəkkəbli qələm də 953-cü ildə əllərini mürəkkəblə çirklətməkdən bezən Misir sultanının istəyi ilə icad edilib.
Alqoritm
Alogratm və triqonometriya da İslam dünyasından Avropaya keçib.
Bir qabda üç növ yemək
Əli İbni Nafi İraqdan İspaniyanın Kordoba şəhərinə gəldiyində Avropa ilk dəfə bir payda üç növ yemək mədəniyyətiylə tanış olub. İbni Nafinin menyüsü şorba, ardından balıq ya da ət, onun da ardından meyvə və çərəzdən ibarət olub. Avropaya ilk şüşə stəkanlar da bu dövrdə gəlib.
Xalça
Xalça da müsəlmanlar tərəfindən Avropaya daşınıb. Xalça toxumasındakı texnikaların az qala bütünü də avropalılar tərəfindən müsəlmanlardan alınıb.
Çek
Müasir bank çekinin mənşəyi də ərəblərdə istifadə edilən və "sak" olaraq adlandırılan bir kağız olub.
Ərəblərdə köhnədən karvan soyğunları çox olunca, uzaq yerlərdəki mallarını insanlar kiçik yazılı kağızlarla satmağa başlayıb. 9-cu əsrdə müsəlman bir tacir Çində əlindəki "sak"ları istifadə edə bilirdi.
Dünya və Günəş
9-cu əsrdə çox sayda İslam alimi dünyanın - Yerin Günəş ətrafında fırlandığını söyləyirmiş. Yəni Qaliloe Qalileydən tam 500 il əvvəl. O zaman təxmini ölçülərə görə dünyanın diametri 40 min 253 kilometr idi. (gerçək ölçüdən 200 kilometr az).
Barıt
İlk dəfə barıtı hərbi məqsədlə ərəblər istifadə ediblər. Xüsusilə Səlib yürüşlərində istifadə edilən raket bənzərli partlayıcılar xristian əsgərlər arasında böyük dəhşət yaradırmış.
Bağça dekorasiyası
Orta əsrlər Avropasında bir çox evin bağçasında bitkilər yetişdirilirdi, ancaq bir bağça mədəniyyəti yox idi. Hər şey qarmaqarışıq idi. Bağça dekorasiyası və səliqə-səhmanı Avropaya İslam dünyasından daşınıb.
Modern.az