Modern.az

Əli Nağıyev: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Əli Nağıyev: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Ölkə

Bu gün, 10:08

“Bizim vəzifəmiz hər bir insanın taleyinə aydınlıq gətirməkdir”.

Modern.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda deyib.

DTX rəisi bildirib ki, Vətən müharibəsində qazanılmış Zəfər və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar yaradıb.

“Ümumilikdə 11 576 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib. Oktyabrın 1-dək 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb. İnsan qalıqları üzərində aparılan ekspertizalar onların işgəncələrə məruz qaldığını göstərir. Bu əməllərə hüquqi qiymət verilməlidir”, – Əli Nağıyev vurğulayıb.

O qeyd edib ki, Ermənistan itkin düşmüş şəxslərlə bağlı bütün məlumatları təqdim etməli, arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Almaniyadan şok xəbərdarlıq - Putin SSSR-ni qurmaq istəyir