Modern.az

Pələng ilini necə qarşılamalı?

Pələng ilini necə qarşılamalı?

Ölkə

28 Dekabr 2009, 15:05

2009-cu ili yola salarkən bəzi məqamları nəzərə almaq lazımdır. Modern.az-ın məlumatına görə, Şərq biliciləri və astroloqlar qeyd edirlər ki, 2009-u yola salarkən köhnə ilin simvolunu tərifləməyin, əks halda qarşıladığınız Pələngin qəzəbinə tuş gələ bilərsiniz. Əksinə, Yeni ili hörmət və ümidlə qarşılamaq lazımdır.  Bu, Pələngin xarakterinə uyğundür. Pələnglər hər zaman  irəli gedir, şərtiliyə, ierarxiyaya və əqlin mühafizəkarlığına nifrət edirlər. Pələng qeyri-adi hərəkətlər, gözlənilməz situasiyalar və son dərəcə qeyri-adi tale işarəsidir. İstəniliən halda sarı  metal Pələng ili,  dahilər və gücli insani ambisiyaların mübarizəsi ilidir. Nailiyyətlər və uğurların  möhkəmliyinin bütün ömür boyu sınaqdan keçirilməsi ilidir.

  

Yeni il gecəsində nə geyinməli?

 

Paltarınızda nəsə zolaqlı bir şey  olmalıdır. Aksessurlar və bəzək şeylərinizin təbii  materiallardan, məsələn, daşlardan seçilməsi daha məsləhətdir. Metal üzüklər, sırğalar, brasletlər, qızıldan, platindən və misdən (2 müxtəlif metaldan artıq olmamaq şərtilə) olan sırğalar yaxşıdır. Paltar üçün natural materiallardan, dəri, xəz, pambıqdan olan bəzəklər yaraya bilər.

 

Bayram sürfəsində nələr olmalıdır?

 

Yeni 2010-cu ili qarşılayərkən masa üzərinə sarı, al-qırmızı və ya zolaqlı (iki rəngli) şam qoymağınız yaxşı olardı. Sürfəyə bütün növlərdən ət qoymaq (pəhriz yeməklərinə üstünlük verənlər isə paxlalı və dənli yeməklər) vacibdir. İndiki Pələngin metallıq təbiətini və xarakterini nəzərə alaraq əti şiş və ya qril vasitəsi ilə hazırlamaq pis olmazdı, qarnirləri isə kartofdan, yer kökü və çuğundurdan hazırlamağınız yaxşıdır. İçkilər qırmızı və sarı rəngdə olmalıdır.  Xüsusəndə  apelsin və mandarin içkiləri yaxşı olardı. Lakin özünüzə və yaxınlarınıza bayram münasibətilə ifrat içkini  rəva görməyin ki,   Pələngin qəddar  düşməni olan meymuna oxşamayasınız.  Bayram şənliyi zamanı daha yaxşı olardı ki, musiqi mərkəzini söndürəsiniz. Onu solo və yaxud xor oxuması ilə əvəz edin. İlboyu evinizdə bolluq olması üçün yeməkləriniz çeşidli olmalıdır. Yemək masasını daha yaxşı olardı ki, mənzilin ortasında açasınız. Masanın mərkəzində isə içərisində sarı meyvələr olan metal vazanın olması məsləhətdir. Əgər metal vazaya “qızıl” və ya “gümüş” bəzək-düzək qoysanız, o daha effektiv görünəcək.    

 

Yeni ili yeni paltarda qarşılamalı?

 

Mənzildə və masada metaldan hazırlanmış əşyalar olmalıdır; gümüşü rumkalar, metal buynuz, metal-keramikadan hazırlanmış bəzəklər və s. Bayram Yolkasında öz əllərinizlə hazırlamış olduğunuz oyuncaqlar taxın  və ürəyinizdə gələn il üçün niyyət  tutun.

Yeni il ömrün yeni dövrünün başlanğıcı hesab olunur. Buna görə də Yeni ili yeni paltarda qarşılamaq daha uğurludur.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?