Modern.az

Nazirlər Kabineti hərbçilərə görə qərarda dəyişiklik etdi

Nazirlər Kabineti hərbçilərə görə qərarda dəyişiklik etdi

Ölkə

24 Dekabr 2020, 19:22

Sərtləşdirilmiş karantin rejimində hərbi xidmətçilərin hərəkətini tənzimləmək üçün Qərara əlavə edilib.

 

Nazirlər Kabinetindən (NK) Modern.az-a verilən məlumata görə, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin:

 

1) çağırış vərəqəsi və ya

2) tibbi müayinədən keçmək üçün göndərişi əsasında icazə verilir.

 

Hərbi xidmətdən tərxis olunan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların

 

3) hərbi bileti və müvafiq

4) hərbi hissə tərəfindən verilmiş vərəqə əsasında yol verilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV