Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı, professor-doktor Turan Yazqan 74 yaşında dünyasını dəyişib. Modern.az-ın məlumatına görə, Turan Yazqan bu gün səhər saat 08:00 radələrində İstanbulda vəfat edib.
Qeyd edək ki, 1938-ci ildə dünyaya gələn Turan Yazqan türk dünyasının tanınmış simalarındandır. Turan Yazqan 1980-ci ildə qurduğu Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri olub. Türkiyədə və Türk dünyasındakı xidmətlərinə görə, 200-dən çox mükafata layiq görülən Turan Yazqan həmçinin bir sıra tanınmış universitetlərin fəxri doktoru adına layiq görülüb.
Modern.az