Modern.az

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda

Ölkə

23 Dekabr 2022, 12:12

Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvana gedib. 

 

Modern.az xəbər verir ki, bu barədə naxçıvanlı jurnalist Heydər Oğuz məlumat yayıb.

 

O bildirib ki, Prezidentin səlahiyyətli nümayəndəsi artıq işləyəcəyi quruma yola düşüb.

 

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyin təsis edilməsinə dair sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır