Modern.az

İqtidarın rekordsmen məmuru - Elçibəydən vəzifə, İlham Əliyevdən “Şöhrət” alan komitə sədri

İqtidarın rekordsmen məmuru - Elçibəydən vəzifə, İlham Əliyevdən “Şöhrət” alan komitə sədri

Ölkə

27 İyun 2013, 23:25

İyunun 27-də ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni alan Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev üçün sabah əlamətdar tarixdir – onun ad günüdür. Modern.az saytının məlumatına görə, cənab Vəliyev 70 yaşını tamam edir.

Arif Mikayıl oğlu Vəliyev 1943-cü il iyun ayının 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb.
1990-cı ildən 1992-ci ilədək Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində şöbə müdirinin müavini, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında böyük məsləhətçi vəzifəsində işləyib. 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədridir. Evlidir, iki övladı var.

Arif Vəliyevi şəriksiz olaraq indiki iqtidarda eyni vəzifədə ən çox işləyən – rekordsmen məmur saymaq olar. O, hakimiyyətin ən yuxarı pilləsində yüksək vəzifə tutan məmurlar arasında uzun müddətdir eyni kürsüdə əyləşəməsinə görə hamını qabaqlayır. Ramiz Mehdiyevi, Artur Rasizadəni, Ramil Usubovu və digərlərini ...

Belə ki, 2013-cü ilin may ayında Arif Vəliyevin Dövlət Statistika Komitəsinin sədri vəzifəsində işləməsinin düz 20 ili tamam oldu. Artıq o, komitə sədri kimi 21-ci ilinə qədəm qoyub.    

Arif Vəliyevi Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə mərhum eks-prezident Əbülfəz Elçibəy təyin edib. Maraqlıdır ki, 1993-cü ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra da o, vəzifəsində saxlanılıb.
Elçibəydən sonra iki dəfə Azərbaycanın növbəti prezidenti olmuş mərhum Heydər Əliyev hər iki dönəmdə Arif Vəliyevə etimad göstərib.

Hazırki dövlət başçısı İlham Əliyev də hər iki dəfə seçildiyi prezidentlik dövründə Nazirlər Kabinetinin tərkibini yenidən formalaşdırarkən Arif Vəliyevi vəzifəsində saxlayıb.

Vaxtilə Elçibəydən vəzifə almış Arif Vəliyev bu gün İlham Əliyevdən “Şöhrət” ordeni aldı. Yəqin ki, Arif Vəliyev 3 prezidentlə işləmiş ən üzun müddətli staja malik məmur kimi tarixə də düşəcək.

Kim bilir, bəlkə xarici görünüşcə olduqca gümrah görünən 70 yaşlı Vəliyev bu il keçiriləcək növbəti prezident seçkisindən sonra da vəzifəsini qoruya biləcək...

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı