st1:*{behavior:url(#ieooui) }
Din məşğuliyyətdir, yoxsa inanc mənbəyi, əqidə simvolu...? Əlbəttə bu sual son illər Azərbaycanda ibadətlə məşğul olan insanların sayının sürətlə artmasından sonra beyinləri daha çox düşündürür. Söhbət konkret olaraq dini-mənəvi-psixoloji problemlərdən gedir. O, problemlər ki, onu bizə özümüz vasitəsi ilə yaşadırlar.
Hazırda Azərbaycanda təriqətçilik, cəryançılıq meyillərinin gücləndirilməsi məzhəb problemini unutdurub. Kiminin şiə, kiminin isə sünnü olması daha az adamı maraqlandırır. Təbii ki, bu xoş məqam gələcəkdə məzhəblərin daha da yaxınlaşmasına stimul verə bilər.
Azərbaycan xalqı uzun müddət müxtəlif imperiyaların təsiri altında olub. Bu illərdə xalqımız dinindən uzaqlaşdırılmağa məcbur edilib. Amma yenilməyib. Peyğəmbərin (s), Əhli-Beytin hörmətini aşkarda olmasa da qəlbinin bir köşəsində sevə-sevə nəsildən-nəsilə ötürüb, bu günə kimi qoruyub saxlamışdır. Dövrün bütün çətinliklərinə sinə gərən imanlı vətandaşlarımızın İslamın Azərbaycanda inkişafında misilsiz xidmətləri olub. Bu danılmaz həqiqətdir. Babalarımız müqəddəs Quranı imperiya cəlladlarının caynağından xilas etmək üçün nələr etməyib?! Amma bu gün onlar bəzi qondarma təriqətlərin qınaq obyektinə çevriliblər. Maraqlıdır, təriqətlərinin qədim tarixə malik olduğunu iddia edən bu “qardaşlar” dünən haradaydılar? Niyə birdən-birə göbələk kimi ölkəni bürüməyə başladılar. Bir qismi şəhərdə “sivil” yollarla, digər bir qismi isə dağlarda, meşələrdə “qardaşlaşdılar.” Sizcə bu qəribə deyilmi? Həm də Azərbaycana ixrac olunduqları ölkənin – Rusiyanın bizimlə həmsərhəd olan meşələrində... Bilərəkdən və yaxud da bilməyərəkdən İslam birliyinə zərbə vurmağa çalışan missionerlərin qullarına çevrildilər.
Azərbaycanın müstəqillik əldə etməsinin ilk beş ilinə nəzər salaq. Ölkədə qarışıqlıq, ictimai-siyasi vəziyyət gərgin idi. Paytaxtda hakimiyyət savaşı, Ermənistanla sərhəddə müharibə, Rusiya ilə sərhəddə Kremilin Ləzgistan xəyalları fonunda etnik qarşıdurma, İranla sərhəddə talış separatizmi xristianları, yəhudiləri və onların daxilindəki məzhəbləri hərəkətə gətirdi. Azərbaycan İran və Türkiyə kimi müsəlman dövlətləri ilə həmsərhəd olduğu üçün İslamın parçalanması və zəiflənməsi üçün ən gözəl “poliqon” bura ola bilərdi. Artıq sadə azərbaycanlılar paytaxt küçələrində imperiya və imperalist güclərin əli silahlılıranı deyil, əli kitablılarını görməyə başladı. Missionerlər orta və ali məktəb binaları qarşısında yığışan gəncləri başlarına toplayır, onların əqidələrinə təcavüz edirdilər.
Bu gün Azərbaycanda xeyriyyəçilik və humanitar fəaliyyətlə dini təbliğat arasındakı sərhədi müəyyən etmək çətindir. Xeyriyyəçiliklə məşğul olan regional və beynəlxalq təşkilatların dinlə də əlaqəsinin olduğunu inkar etmək mümkün deyil. Ən azı ona görə ki, humanitar yardımın bir hissəsini dini ədəbiyyat təşkil edir və bu, alınan humanitar yardımların siyahısında öz əksini tapır. Əgər bu gün onlar dini təbliğatla heç bir əlaqələri olmadığını sübut etməyə cəhd göstərsələr də ictimaiyyətdə buna inananların sayı çox azdır. Həqiqi vəziyyəti isə onlar özləri çox yaxşı bilirlər. Çünki, humanitar təşkilatların mənsub olduğu ölkələr və beynəlxalq qurumlar var. Beynəlxalq təşkilatların regionda apardığı siyasətdə təbii ki, dini amil də müəyyən yer tutur. Ən azı ona görə ki, 11 sentyabr hadisələrindən sonra terrorizm və ekstremizmdə günahlandırılan təşkilatların siyahısında dinlə birbaşa bağlı xeyli xeyriyyə cəmiyyətləri də var idi. Təbii ki, missionerlər ideoloji hərəkətlərini küçə fəaliyyəti ilə yekunlaşdırmırdılar. Qərb yetkililəri Azərbaycan rəmsilərinə təzyiq göstərir, ölkə başbilənlərini tolerantlığa səsləyir və missioner təşkilatların əyalətlərə çıxması, paytaxtda daha rahat fəaliyyət göstərmələri üçün qeydiyyatını tələb edirdilər. Bu zamanlar Azərbacanın onları “rədd etmək” şansı yox idi. Onlar həm də qaçqın düşmüş soydaşlarımızı “Ərəb 1”, “Ərəb 2” çadırlarında “bəsləməklə” dini-ideoloji niyyətlərini də həyata keçirməyə çalışırdılar. Bəzi əqidəcə zəif olanları çıxsaq, insanlarımız onların qırmağına düşməməyə çalışırdı. Amma zaman ağır idi. Ölkədə iqtisadi vəziyyət dözülməz həddə çatmışdı. Missionerlər isə fəaliyyətlərinin uğursuz olduğunu görürdülər. Nə etməli? Əlbəttə çıxış yolu tükənməmişdi. Qərb dövlətləri “A” planının – yəni birbaşa öz dinlərini yaymaq mexanizminin düzgün seçilmədiyini dərk etdilər. Dərhal “B” planı işə düşdü. Onlar İslamın tarixinə ekskurs edərək dinimizdə zaman-zaman peyda olan İbn Teymiyyələrin, Əbdülvəhabların tarixin oxunmayan arixivinə gömülən çürük ideologiyalarının parçalanmış qırıqlarını toplamağa başladılar. Beləliklə, müsəlman dövlətlərində İslamı onların öz əlləri ilə zəiflətməyə girişdilər. “B” planının mahiyyəti də elə bu idi. İlk növbədə Mister Hemfillər işə düşdü. ABŞ-ın maliyyə dəstəyi, Roma Katolik Kilsəsinin ideoloji tezisləri və Böyük Britaniya casusu Mister Hemfilin müvəqqəti “müsəlmançılığı” ilə Şərqə yürüş başladı. Bu mənfur xristian casusunun öz etiraflarından məlum olur ki, o, öz hökuməti tərəfindən xüsusi məqsədlə İslam ölkələrinə göndərilərək, oralarda uzun illər təxribatçılıq işləri ilə məşğul olmuş, müsəlmanları daxildən parçalayıb dağıtmaq yolunda heç bir murdar və qeyri-insani işlərdən çəkinməmişdir. Mister Hemferin xristian və yəhudi dünyasına göstərdiyi “misilsiz xidmətlər” arasında təkcə onun İslam dünyasının kürəyindən sancılan bir xəncər - yəni Vəhabi məzhəbini təsis etməsini misal göstərmək kifayət edər. Təbii ki, Azərbaycan bu ideoloji atəşin kandarında deyildi. Radikal İslam missionerliyini Azərbaycana gətirmək üçün yollar arandı. Əlbəttə, İran sərhədlərindən Azərbaycana daxil olmaq mümkün deyildi. Ermənistanla müharibə şəraiti də imperalistlərə əl vermirdi. Ölkəyə yeganə giriş yolu Türkiyə, Rusiya və Gürcüstan sərhəddi idi. Amma Gürcüstan da onlar üçün yetərli deyildi. Azərbaycanın Gürcüstanla sərhəddində yaşayan insanların obyekt kimi seçilməsi işə yaramırdı. Çünki bölgədə aktiv və sərbəst fəaliyyət üçün yetərli imkanlar yox idi. Elə bunun üçün də Gürcüstan variantı plandan çıxarıldı. Çıxış yolu yalnız Azərbaycanın Rusiya ilə sərhəddində olan kəndlər və meşələr idi. İdeologiyanı Dağıstanda yaşayan müsəlmanlar vasitəsilə ölkəmizə pərçimləmək planı tam onlara görə idi. Elə belə də etdilər. Gündüzləri kəndlərdə, gecələri isə meşələrdə “qardaşlaşan” vəhabilər zaman-zaman paytaxtda yol aldılar. Onlar eyni zamanda Səudiyyə Ərəbistanında təlimlər keçərək Vəhabi ideologiyasının “sirlərinə” daha yaxından bələd olmağa başladılar. Xüsusi təlim keçmiş Azərbaycanın zəif əqidəli, xüsusən də rus dilli gəncləri (onlar dünyanın düz vaxtında dinin nə olduğunu bilməyiblər) çürük ideologiyalarını yaymağa başladılar. Ölkəmizin şimal və şimal-qərb bölgəsində əsasən radikal dini cərəyanlar inanc və ehkamların təbliğinə cəhd göstərirlər.Lakin Azərbaycan əhalisin haqlı olaraq onların ideologiyasını həzm etmədi. Zaman keçdikcə vəhabilərin içərisində də problemlər yaşandı. Nəticədə dağlara çəkilən “əxi”lər, şəhərdə məskunlaşan “qardaşları”nı ölümlə təhdid etdilər. Bu da sonda şəhərdəkilərin toplaşdığı məscidin terrora məruz qalması ilə sonuclandı.