Modern.az

Ceyhun Bayramov: Şəhərlər artıq strateji platformalara çevrilir

Ceyhun Bayramov: Şəhərlər artıq strateji platformalara çevrilir

Aktual

Bu gün, 13:32

Ümumdünya Şəhərsalma Forumunun şəhərlərin bağlantılılıq, urbanizasiya sonrası yenidənqurma və regional əməkdaşlığın mərkəzi kimi roluna həsr olunmuş bu mühüm sessiyasında iştirak etməkdən məmnunluq duyuram.

Modern.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bağlantının mərkəzində şəhərlər: şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiyada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirib. 

O qeyd edib ki, bu gün şəhərlər artıq yalnız insanların yaşadığı və işlədiyi məkanlar deyil. 

“Onlar getdikcə diplomatiya, ticarət, infrastruktur, ekologiya, iqlim fəaliyyəti və regional əməkdaşlığın kəsişdiyi strateji platformalara çevrilir.

Dayanıqlı inkişafın gələcəyi şəhərləri nə dərəcədə uğurla bir-birinə bağlamağımızdan asılı olacaq. Bu bağlantı yalnız fiziki deyil, həm də iqtisadi, rəqəmsal, institusional və sosial səviyyədə qurulmalıdır”.

Nazir xatırladıb ki, təxminən iki il əvvəl COP29-a ev sahibliyi edən Azərbaycan urbanizasiyanı və şəhərləri qlobal iqlim gündəliyinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi:

“Biz anlayırdıq ki, şəhərlər qlobal emissiyaların əhəmiyyətli hissəsini formalaşdırmaqla yanaşı, həm də innovasiya, dayanıqlılıq və iqlim böhranına qarşı həllərin əsas mənbələrindən biridir.

Bu təşəbbüslər vasitəsilə Azərbaycan şəhərlərin çoxtərəfli müzakirələrin mərkəzində daha möhkəm yer almasına töhfə verən sinerji yaratmağa nail olub”, - deyə C.Bayramov qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı