Modern.az

Rusiyanın Ukraynada vəziyyəti ağırlaşır, amma Putin geri çəkilmir

Rusiyanın Ukraynada vəziyyəti ağırlaşır, amma Putin geri çəkilmir

Ölkə

Bu gün, 11:50

“Putinin Ukraynadakı işləri çox pisdir, amma geri çəkiləcək qədər yox”

Modern.az xəbər verir ki, "The Wall Street Journal" yazır ki, son aylarda Rusiya ordusu cəbhədə ciddi problemlərlə üzləşib, Ukrayna isə taktiki və texnoloji üstünlük əldə etməyə başlayıb.

Nəşrin məlumatına görə, hazırda Rusiyanın irəliləyiş tempi son iki ilin ən aşağı səviyyəsinə düşüb. Eyni zamanda, Rusiya ordusunun aylıq itkilərinin on minlərlə olduğu bildirilir.

Məqalədə vurğulanır ki, Ukraynanın orta mənzilli pilotsuz uçuş aparatlarının inkişafı vəziyyətə ciddi təsir göstərib. Bu dronlar Rusiya ordusunun logistika xətlərinə, qərargahlarına, hava hücumundan müdafiə sistemlərinə və idarəetmə məntəqələrinə dərin arxa cəbhədə zərbələr endirir.

Hərbi analitik Rob Linin sözlərinə görə, “Rusiyanın belə məsafələrə effektiv zərbələr endirməsi getdikcə çətinləşir”.

Digər hərbi ekspert Frans-Ştefan Qadi isə hesab edir ki, Ukrayna gözləniləndən daha güclü mövqedədir. Bununla belə, o qeyd edib ki, müharibə daim uyğunlaşma mərhələlərindən keçir və əsas sual Rusiyanın Ukraynanın yeniliklərinə cavab tapa bilib-bilməyəcəyidir.

Nəşr qeyd edir ki, vəziyyət Moskva üçün ağırlaşsa da, bu hələlik Kremlin geri addım atmasına səbəb olacaq səviyyədə deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı