Modern.az

Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir - Putin

Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir - Putin

Ölkə

8 Oktyabr 2024, 14:06

Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir.

Modern.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Rusiya Prezidenti vurğulayıb:

“Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır, bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur, energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var”.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!