Modern.az

Bayramov - Mirzoyan görüşü keçirildi - TƏFƏRRÜAT

Bayramov - Mirzoyan görüşü keçirildi - TƏFƏRRÜAT

Ölkə

12 Aprel 2025, 13:07

12 aprel 2025-ci il tarixində Antalyada keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti məlumat yayıb.

Tərəflər Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər.

Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək