Bu gün dünyasını dəyişən Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin ən möhtəşəm əsərlərindən olan “Patriarxın payızı” əsəri özünün güclü ümumiləşdirmə qabiliyyəti ilə fərqlənir. Belə ki, orada müəllif özünə kimi yaşayan və yaşayacaq bütün diktatorları çox gözəl xarakterizə edib. Sirr deyil ki, onları yaşadığı zaman və məkandan asılı olmayaraq bir çox qəribəliklər birləşdirir. Onlardan biri də diktatorların azğınlığı, ağlasığmaz qəddarlıqlarıdır. Modern .az sizə təqdim etdiyi yazıda tarixin ayrı-ayrı çağlarında yaşayan diktatorların qeyri-adi və qəddar cəza üsulları barədə məlumat verəcək:
Tiberi - Romanın ı imperatoru olan Tiberi Kalvdi Neron xələf- sələfləri arasında xüsusi amansızlığına görə seçilib. Tiberinin də özünəməxsus cəza tədbiri olub. Belə ki, sevimli işgəncələrindən biri müttəhimə çoxlu çaxır içdirmək idi Sonra həmin şəxsin cinsi orqanı kəndirlə bərk bağlanırdı nəticədə müttəhim ifraz edə bilməməkdən dünyasını dəyişirdi.
İmperator Kaliqula – Romanın digər imperatoru Kaliqula isə qəddarlıqda nəinki Tiberini hətta bütün imperator kolleqalarını qabaqlayır. Kaliqula qadınlar və kişilərə ayrı-ayrı cəza növü tətbiq edirdi. O, kişi müttəhimlərin cinsi orqanından asdırır, qadınların isə döşlərini kəsdirirdi. İnsanları vəhşi heyvanlar olan qəfəsə atan Kaliqula bundan xüsusi zövq alırdı.
İmperator Neron - yarası olan insanların yaralarına qaynar yağ tökülməsini təklif edirdi. Bundan başqa odda qızdırılmış dəmirlə insanların dillərinə gözlərinə damğa vurmağı sevərdi. Şəxsən zəhər verdiyi insanların əzab içində necə ölməsinə tamaşa edərdi.
Əmir Teymur – Göydə bir Allah olduğu kimi, yerdə də bir hökmdarın olmasını həyat məqsədi seçən bur fatehin də özünəməxsus caza üsulları olub. Əmir Teymur, işğöal etdiyi ərazilərdə yerli əhalini divara diri-diri hörmək və onları diri –diri torpağa basdırmaqdan həzz alırmış. Bu onun ənənəvi cəza tədbiri idi. Təbrizi işğal edərkən qan tökməyəcəyinə söz verən Əmir Teymur “sözünün üstündə duraraq” qan tökmür. Sadəcə diri-diri torpağa göməndən sonra: Demişdim ki, qan tökməyəcəyəm, dedim də elədim də sözlərini deyib
İvan Qroznı - Bu deyəsən o birilərinə baxanda azacıq insaflı olub. Qroznının dövründə cəzalı kəsləri zəng qülləsinin altına gətirib zəngləri çalırdılar. Uzun müddət zənglərin altında qalan adamların qulaqları kar olur və onlar dəlilik həddinə çatırdılar. Beləcə, İvan insanların beynini sıradan çıxarırdı.
Vlad Çepeş - Orta əsr Avropa hökmdarlarından olan bu şəxs də öz anormallığı ilə yadda qalıb. Belə ki, o , cəzalıları payadan keçirməklə uzun müddət o vəziyyətdə saxlatdırırdı. Beləcə, insan çox ağır bir şəraitdə dünyasını dəyişirdi.
Teodoro Obianq Nquema - Ekvatorial Qvineyanı “dəmir yumruq”la idarə edir.Onun hannibal (adamyeyən) olduğu və gücünə güc qatmaq üçün ölkədəki dissidentlərin cinsiyyət orqanlarını yediyi iddia edilir.O, öz əmisini “101 dəfə” edam etdirib.

İdi Amin – Özünü Uqandanın ədəbi rəhbəri adlandıran bu şəxs də bütün qüvvəsi ilə xalqa zülm etməyə can atırdı. Onun barəsində də hannibal olma versiyası yox deyildir. Hətta Uqandaya qan udduran Aminin uşaq və qadınlara xüsusi tamah salması da vurğulanır. Bəzi mənbələrə əsasən o insan ətindən xüsusi zövq alırmış.
Kim Çen İn- Bu “mötəbər” siyahıda bu “mötəbər” Şimali Koreya liderinin adı olmasa idi sadəcə olaraq günah edərdik. Doğum tarixi hələ də dəqiq bilinməyən ən gənc diktatorun əməlləri yaşından və başından xeyli qabağa gedib. O, atasının dəfnində özünü yaxşı aparmayan generalı minomyotla güllələtdirib. Daha sonra isə ölkənin ikinci nüfuzlu şəxsi olan dayısını dövlətə təxribatda günahlandıraq diri – diri on gün ac qalan itlərə yedirib. Keçmiş sevgilisini isə odsaçan silahla yandırıb.
Elmin Nuri