Modern.az

Azərbaycanda ən az və ən çox doğum qeydə alınan rayonlar - SİYAHI

Azərbaycanda ən az və ən çox doğum qeydə alınan rayonlar - SİYAHI

Ölkə

Bu gün, 08:57

2025-ci ildə Azərbaycanda doğum əmsalının ən aşağı və ən yüksək olduğu rayonlar müəyyənləşib.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ölkə üzrə ən aşağı göstərici Abşeron rayonunda qeydə alınıb. Burada hər 1000 nəfərə düşən doğum əmsalı 5,4 (2 328) təşkil edib.

Belə ki, siyahıda növbəti yerlərdə Bakı şəhərinin Nəsimi rayonu (5,5) və Ordubad rayonu (5,7) qərarlaşıb.

Ən aşağı göstəricilər sırasında həmçinin Sumqayıt şəhəri (5,9) Naxçıvan şəhəri (6,4) də yer alıb.

Bundan əlavə, əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Yardımlı (14,2), Qobustan (14,0), Cəlilabad (13,9), Kəlbəcər (12,9), Xocalı (12,8), Astara (12,6), Laçın Biləsuvar (12,3), Şamaxı (12,0), Ağcabədi, Ağdam, Xocavənd Lerik (11,7), Ağsu Bərdə (11,6), Tovuz, Sabirabad Salyan (11,5), Göygöl, Ucar Yevlax (11,3), Füzuli, Quba Zərdab (11,2), Daşkəsən Kürdəmir (11,1), Goranboy Ağstafa (11,0), Samux, Ağdaş Qəbələ (10,6), Şabran Saatlı (10,5), İsmayıllı, Siyəzən Göyçay (10,4), Tərtər, Şəmkir, Xaçmaz, Beyləqan Hacıqabul (10,3), İmişli Qubadlı (10,1), Cəbrayıl (10,0), Qazax (9,9), GədəbəyOğuz (9,8), Qax (9,7), Şuşa Masallı (9,6)Qusar (9,5) rayonlarında ölkə göstəricisindən (9,4) yüksək olub. Digər inzibati ərazi vahidləri üzrə isə bu göstərici ölkə səviyyəsindən aşağı olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!