Modern.az

Azərbaycanda əcnəbilərlə nikahların sayı azalıb - İlk 4 ölkə

Azərbaycanda əcnəbilərlə nikahların sayı azalıb - İlk 4 ölkə

Ölkə

Bu gün, 08:00

Bu ilin ilk 3 ayında 383 Azərbaycan vətəndaşı xarici ölkə vətəndaşları ilə ailə həyatı qurub. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının qeydiyyat orqanları - qeydiyyat şöbələri, icra hakimiyyətlərinin nümayəndəlikləri və Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən 383 Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib.

Həmin şəxslərdən 183-ü qadın, 200-ü isə kişidir.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin ilk 3 ayı ərzində isə bu cür nikahların sayı 483 olub.

"Nikah bağlanan əcnəbilər arasında daha çox Türkiyə, Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları üstünlük təşkil edir", - deyə rəsmi məlumatda vurğulanıb.

Rəsmi statistikadan görünür ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əcnəbilərlə bağlanılan nikahların sayı azalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV