Modern.az

Akif İslamzadənin son durumu: “Ayağa qalxıb, gəzir”

Akif İslamzadənin son durumu: “Ayağa qalxıb, gəzir”

Ölkə

Bu gün, 13:43
Tanınmış müğənni Akif İslamzadənin vəziyyəti stabildir.

Bu barədə Modern.az-a sənətçinin oğlu Ayxan İslamov məlumat verib.

O bildirib ki, atasının səhhətində müsbət irəliləyiş müşahidə olunur:

“Vəziyyəti stabil olaraq qiymətləndirilir. Bu gün özü ayağa qalxıb, gəzib, rəngi də yaxşıdır, danışır. Hər gün gündə iki dəfə olmaqla görüşürük. Ola bilsin ki, bu gün və ya yaxın günlərdə evə buraxılsın”.

Qeyd edək ki, Akif İslamzadə ötən həftə infarkt keçirib. Mərkəzi Gömrük Hospitalına hyerləşdirilən 77 yaşlı müğənninin ürəyinə stent qoyulub.
 

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV