Modern.az

İlham Əliyev onları təltif etdi - SİYAHI

İlham Əliyev onları təltif etdi - SİYAHI

Ölkə

Bu gün, 13:36

Dövlət başçısı İlham Əliyev Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan metrologiya sahəsinin inkişafında xidmətlərinə görə “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Bayramov Elnur Üzeyir oğlu

Bayramov Rasim Əhməd oğlu

Əzizov Əziz Məhəmməd oğlu

Həsənov Ramiz Qaroğlan oğlu

Qurbanov Azər Tengiz oğlu

Musayeva Şəhla Ziyəddin qızı

Osmanov Çingiz Məsim oğlu

Şirinov Namiq Paşa oğlu

Şirinova Mehriban Ramiz qızı.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı