Modern.az

Azərbaycandan Ermənistana buğda, arpa və gübrə göndəriləcək

Azərbaycandan Ermənistana buğda, arpa və gübrə göndəriləcək

Ölkə

4 İyun 2026, 10:08

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl və gübrə göndəriləcək.

Modern.az xəbər verir ki, bu ölkəyə 3 vaqon buğda, 2 vaqon arpa və 1 vaqon gübrə tədarük olunacaq.

Qatar saat 14:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə