Modern.az

7 körpənin öldüyü mərkəzin baş direktoruna hökm oxundu

7 körpənin öldüyü mərkəzin baş direktoruna hökm oxundu

Ölkə

Bu gün, 15:34

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin məhkəmə prosesi yekunlaşıb.

Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən Mehriban Abasquliyeva son söz deyib. O, məhkəmənin ədalətli qərar verəcəyinə inandığını qeyd edib.

Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən qayıdan hakim heyəti hökmü elan edib.

Hökmə əsasən, təqsirləndirilən Mehriban Abasquliyeva 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, məhkəmə zalında həbs olunub.

Digər təqsirləndirilənlər Hamlet Mustafayev 5 il 8 ay, Elnur Əhmədli 5 il 2 ay müddətinə azadlıqdan məhrum olunublar. Onlar da məhkəmə zalında həbs ediliblər.

Dövlət ittihamçısı hər üç təqsirləndirilənin 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini, Mehriban Abasquliyevanın 8 il müddətinə, Elnur Əhmədli və Hamlet Mustafayevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, 2024-cü ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. (APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna KÜTLƏVİ HÜCUMA başladı - Rusiyada bu yerlər vurulur!