Modern.az

Leyla Əliyeva Yevlaxda məktəb açılışında iştirak edib, məsciddə olub

Leyla Əliyeva Yevlaxda məktəb açılışında iştirak edib, məsciddə olub

Ölkə

Bu gün, 10:19

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binasının açılışında iştirak edib, həmçinin Cümə məscidini ziyarət edib.

Modern.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Leyla Əliyevaya məktəbin tarixi, burada yaradılmış şərait və tədris imkanları barədə məlumat verib. Bildirilib ki, 2024-cü ilin yanvarında köhnə inzibati bina sökülüb və yerində yeni məktəb binasının tikintisinə başlanılıb. Yeni məktəb binası 528 şagird yerlikdir və burada müasir standartlara uyğun zəruri tədris şəraiti yaradılıb.

Leyla Əliyeva məktəbin kitabxanası, informatika, biologiya və kimya kabinetləri, texnologiya, məktəb hazırlıq qrupu otaqları, yeməkxana və idman zalında yaradılmış şəraitlə yaxından tanış olub.

Qeyd edilib ki, yeni məktəb binasında yaradılmış müasir tədris infrastrukturu şagirdlərin keyfiyyətli təhsil almasına, onların bilik və bacarıqlarının inkişafına, həmçinin müəllimlərin fəaliyyətinin daha səmərəli təşkilinə imkan verəcək.

Leyla Əliyeva məktəbin kollektivi ilə görüşərək onlara uğurlar arzulayıb və xatirə şəkilləri çəkdirib.

Yevlaxa səfəri çərçivəsində Leyla Əliyeva şəhərdəki Cümə məscidini də ziyarət edib. O, məsciddə dini ayinlərin icrası və ibadət üçün yaradılmış şəraitlə yaxından tanış olub.

Məscidin imamı bildirib ki, Cümə məscidi 1998-ci ildə istifadəyə verilib və burada eyni anda 600-ə yaxın şəxs ibadət edə bilər. O, azad edilmiş ərazilərdə məscidlərin bərpasının din xadimlərini və ibadət əhlini xüsusilə sevindirdiyini vurğulayaraq, Cümə məscidinin də dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb və ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Ziyarətin sonunda Leyla Əliyevaya “Qurani-Kərim” hədiyyə edilib.

 

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada