Modern.az

Azərbaycan-Ermənistan sülhü mühüm mərhələyə çatıb

Azərbaycan-Ermənistan sülhü mühüm mərhələyə çatıb

Ölkə

Bu gün, 14:41

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Cənubi Qafqazda baş verən prosesləri və Ermənistan-Azərbaycan sülh prosesini dəyərləndirib.

Modern.az xəbər verir ki, TRT telekanalına müsahibəsində Numan Kurtulmuş bildirib ki, tərəflər arasında razılaşmanın əldə olunması artıq müəyyən mərhələyə çatıb.

Kurtulmuş bu fikirləri Türkiyənin diplomatik fəaliyyəti, müxtəlif dövlətlər arasında vasitəçilik təşəbbüsləri, ölkədə keçirilən beynəlxalq sammitlər və regional proseslərlə bağlı səsləndirib.

“Qafqazda Ermənistan və Azərbaycan arasında razılaşma prosesi artıq müəyyən mərhələyə çatıb. İnşallah, burada da Türkiyənin iştirakı ilə Türkiyə, Ermənistan və Azərbaycan vahid mərkəz, vahid güc formalaşdıracaqlar. Bütün bunlarda Türkiyənin konstruktiv baxışı mühüm töhfə verir”, – deyə Kurtulmuş bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV