Bakının Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi səbəbindən tətbiq edilən məhdudiyyət aradan qalıdırılıb.
Modern.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Xatırladaq ki, ötən gün yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.
Polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri həyata keçirilib, aşan avtomobilin ərazidən götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülüb.