Hesablama Palatası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) aparatının və regional mərkəzlərinin dövlət vəsaitindən və digər dövlət əmlakının istifadə etməsi ilə bağlı yoxlamalar aparıb.
Bu barədə Modern.az-a Hesablama Palatasından bildirilib.
Məlumata görə, bu barədə qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş geniş tərkibdə Kollegiya iclasında məlumat verilib.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə Ombudsmanın zəruri tədbirlər görməsinə dair qərarlar qəbul olunub.