Milli Məclisdə Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul etmək məqsdilə bəyanat komissiyası yaradılıb.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının müzakirə edilib.
Spiker Sahibə Qafarova bildirib ki, komissiyanın tərkibinə Ziyafət Əsgərov, Fazil Musataf, Mübariz Qurbanlı, Tahir Mirkişili, Tural Gəncəliyev, Jalə Əliyevə və Səbinə Xasayevə daxil edilib.
***
11:20
Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti parlamentdə müzakirə olunur.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Spiker Sahibə Qafarova bildirib ki, ötən dövr Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyətindən əl çəkmək niyyətində olmadığını göstərib.
"İkinci Qarabağ müharibəsindən sonra təşkilatın fəaliyyətində anti-Azərbaycan ritorikası daha da güclənib. İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması Avropa Parlamentinin Azərbaycana qarşı təzyiqlərinin artmasına səbəb olub. Təsəvvür edin ki, 2021-ci ildən etibarən Avropa Parlamenti müxtəlif bəhanələrlə Azərbaycana qarşı on üç qətnamə qəbul edib. Bu fakt həmin qurumun hansı meyarlarla fəaliyyət göstərdiyini açıq şəkildə göstərir”.
O bildirib ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə məqsədyönlü fəaliyyəti ikitərəfli münasibətlərdə etimad mühitinə zərbə vurub, eyni zamanda konstruktiv dialoq və əməkdaşlıq perspektivlərini ciddi şəkildə sarsıdıb.
“Aydındır ki, bu yanaşma regionda sülh və sabitliyin təmin olunmasına yönələn səylərə maneçilik törədir. Milli Məclis Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli fəaliyyətinə səssiz qala bilməz və bu məsələ ilə bağlı qəti mövqeyini ifadə edəcəkdir” – spiker vurğulayıb.
***
11:06
Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti haqqında bəyanat qəbul ediləcək.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib