Modern.az

Mahir Süleymanlıdan Azərbaycan diplomatlarına TƏBRİK

Mahir Süleymanlıdan Azərbaycan diplomatlarına TƏBRİK

آذربایجان غربی

9 İyul 2025, 12:21

Milli Məclisin deputatı Mahir Süleymanlı 9 iyul Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə diplomatlarımızı təbrik edib.

Modern.az xəbər verir ki, deputat təbrikində Azərbaycanın müstəqil və balanslı xarici siyasətinin həyata keçirilməsində, dövlət maraqlarının beynəlxalq səviyyədə müdafiəsində və ölkəmizin dünya birliyində nüfuzunun möhkəmlənməsində diplomatlarımızın xidmətinin böyük olduğunu qeyd edib.

“Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə bütün diplomatlarımızı səmimi qəlbdən təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram. Azərbaycan diplomatiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir və ölkəmizin beynəlxalq maraqlarının təminatçısı kimi mühüm rola malikdir. Bu çətin və məsuliyyətli missiyanı daşıyan bütün diplomatlarımızın peşəkarlığı və dövlətçilik mövqeyi yüksək qiymətləndirilməlidir”  - deyə Mahir Süleymanlı bildirib.

Deputat həmçinin, xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə diplomatik nümayəndəliklərimizin əməkdaşlığının əhəmiyyətini də vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV