Modern.az

Avropa İttifaqı təmas xəttindəki vəziyyətdən narahatdır

Avropa İttifaqı təmas xəttindəki vəziyyətdən narahatdır

Təhsil

5 May 2016, 13:00



“Avropa İttifaqı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və Dağlıq Qarabağ münaqişəsi zonasındakı hadisələrin inkişafını yaxından izləyir".

Modern.az-ın xəbərinə görə bunu, jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin dediyi “status-kvo dayanıqlı deyil” bəyanatını yada salıb:

"Sülhün bərqarar olacağına və ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqlarının keçiriləcəyinə ümid edirik. Aİ ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir”.

Milena Mard Avropa İttifaqının yüksək səviyyəli şəxslərinin Azərbaycana səfərlərini vurğulayaraq bunun Aİ-nin Cənubi Qafqaz regionuna göstərdiyi diqqətin gösətəricisi olduğunu söyləyib.

Xanım Mard mayın 18-də Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumunun keçiriləcəyini deyib və o, Avropa İttifaqının Azərbaycandakı işinə marağının sübutu olduğu kimi təqdim edib.

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?