İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, bu sahədə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Modern.az