Modern.az

Hacıqabuldakı partlayışda yaralanan 4 yaralı Bakıya gətirilib

Hacıqabuldakı partlayışda yaralanan 4 yaralı Bakıya gətirilib

Təhsil

9 Avqust 2011, 19:24

Hacıqabul rayonunda, Hacıqabul-Padar avtomobil yolunun kənarında, yanacaqdoldurma məntəqəsi yaxınlığında baş vermiş hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin helikopteri vasitəsilə 4 yaralı (2 kişi və 2 qadın) Bakı şəhərinə gətirilib.
Modern.az saytının məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi bildirib.

Rəsmi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

Olayla bağlı Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarını pozma (225-ci) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Hacıqabul rayon prokuroru Tariyel Qurbanov məlumat verib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər