Modern.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: “Sabahdan hava daha da istiləşəcək”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: “Sabahdan hava daha da istiləşəcək”

Təhsil

12 Avqust 2011, 15:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-25 dərəcə, gündüz 32-37 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 13-18 dərəcə, gündüz 22-27 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, yaxın günlərdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər