Modern.az

Elmar Məmmədyarov ABŞ-da Somaliyə dəstəyin zəruriliyindən danışıb

Elmar Məmmədyarov ABŞ-da Somaliyə dəstəyin zəruriliyindən danışıb

Təhsil

12 Yanvar 2012, 13:05

"Biz Somalidəki münaqişəli vəziyyətə qayğı və diqqətlə, siyasi, humanitar, təhlükəsizlik problemlərinin həllinə yönəldilmiş kompleks strategiya əsasında bütün dövlətlərin birgə səyləri ilə yanaşmalıyıq". Trend-in məlumatına görə, bunu BMT Təhlükəsizlik Şurasının Somali üzrə iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir Azərbaycanın Somalinin federal keçid hökumətinə və çətinliklərin öhdəsindən gəlməsi və təhlükəsiz, sabit, vahid, demokratik millətin yaradılması üzrə səylərində Afrika İttifaqının missiyasına dəstəyini ifadə edib.

Məmmədyarov, həmçinin Somalidə sülhün və milli barışığın əldə olunmasında, bu ölkədə humanitar böhrandan zərər çəkmiş insanların təxirəsalınmaz ehtiyaclarının təmin edilməsində İslam Əməkdaşlığı Təşkilatının və onun üzv dövlətlərinin səylərini qeyd edib.

"Təhlükəsizlik sahəsində nailiyyətlər, o cümlədən missiyanın möhkəmləndirilməsi, "yol xəritəsi"nin həyata keçirilməsinə verdiyi töhfənin saxlanılması üçün bütün gərəkli resursların verilməsi şəklində beynəlxalq cəmiyyət tərəfindən lazımi kömək olmadan qoruna bilməz. Biz bu barədə Baş katibin fikirini tamamilə dəstəkləyirik ki, Somali "yol xəritəsi"nin reallaşdırılmasında köməyə ehtiyac duyur. Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurasının 5 yanvar 2012-ci il tarixli qərarı və onun BMT Təhlükəsizlik Şurasına müraciəti müzakirə edilməlidir", - Məmmədyarov deyib.

O, həmçinin Somalinin təhlükəsizlik institutlarının bərpasında beynəlxalq köməyin əhəmiyyətini vurğulayıb.

"Biz asimmetrik terror hücumları ilə mübarizə üçün adekvat hərbi köməyə ehtiyac olduğunu hiss edirik. Bizim ölkəmiz razılaşır və təsdiq edir ki, Somalidə humanitar vəziyyət pisləşməkdə davam edir. Azərbaycan Afrika Buynuzu regionunda ən zərər çəkmiş ölkə olan Somalidə humanitar böhranla mübarizəyə göndərilmiş təcili köməyin göstərilməsi üzrə hökumətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin çağırışlarına cavab verdi", - Məmmədyarov deyib.

Onun sözlərinə görə, beynəlxalq cəmiyyətin, həmçinin BMT-nin köməyi ilə Somaliyə dəstək göstərməsinin davam etdirməsi əhəmiyyətlidir. Eyni zamanda, bütün tərəflər humanitar köməyə lazımi şəraiti təmin etməli və yerli əhalinin təhlükəsizliyini hədələyə biləcək istənilən addım atmamalıdır.

"Həmçinin Somalidə qaçqınlar və məcburi köçkünlər üçün uzunmüddətli qərarların verilməsi üçün səylərin ikiqat artırılmasına ehtiyac var və Azərbaycan bu səyləri dəstəkləməyə davam etməyə hazırdır", - nazir əlavə etdi.

Azərbaycan 2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib.

Nazirin Nyu-Yorkda olduğu müddətdə onun 12 yanvar 2012-ci il tarixində Cənubi Afrika Respublikasının Prezidenti Yakob Zumanın sədrliyi ilə Təhlükəsizlik Şurasında keçiriləcək müzakirələrdə iştirakı və çıxışları nəzərdə tutulur.

Tədbirlərdə iştirakı ilə yanaşı, nazir Məmmədyarovun BMT baş katibi adına Cənubi Afrika Respublikası tərəfindən verilən nahar ziyafətinə də qatılması planlaşdırılır.

Səfər çərçivəsində Məmmədyarovun Kolumbiyanın xarici işlər naziri, Almaniya və Portuqaliyanın dövlət katibləri ilə görüşləri də nəzərdə tutulur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı