Yanvarın 12-də Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Açıq Cəmiyyət Partiyası, Liberal Demokrat Partiyası, Azadlıq Partiyası və Vətəndaş Hərəkatı Forumunun yaratdığı Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təsis yığıncağı keçirilib.
Azadlıq Partiyasının sədri Əhməd Oruc Modern.az saytına deyib ki, yığıncaqda iştirak edən Azad Azərbaycan Partiyasının nümayəndəsi də yeni hərəkata qoşulduqlarının bildirib.
Onun sözlərinə görə, daha bir neçə partiya quruma qoşulmaqla bağlı müraciət edib.
Xatırladaq ki, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının yaradılması barədə razılıq yanvarın 9-da əldə olunub. Hərəkatın əsas məqsədi cəmiyyətdə mövcud olan hüquqi çatışmazlıqların aradan qaldırılmasıdır.
