Modern.az

İlham Əliyev və Mehriban Əliyeva yeni bulvarda olublar - FOTOLAR

İlham Əliyev və Mehriban Əliyeva yeni bulvarda olublar - FOTOLAR

Təhsil

12 Yanvar 2012, 19:54

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yanvarın 12-də Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanına qədər olan hissəsinin tikintisi, yeni bulvarın salınması ilə bağlı görülən işlər, Dövlət Bayrağı Meydanı və onun ətrafında həyata keçirilən tədbirlərlə tanış olublar. (AzərTAc)
Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanına qədər olan hissəsinin tikintisi layihəsinin icrası ilə bağlı görülən işlər barədə dövlət başçısına məlumat verilib. Burada müasir standartlara cavab verən 8 zolaqdan ibarət yüksək səviyyəli yolun inşa olunduğu bildirilib. Piyadaların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə yol boyu piyada keçidləri də inşa olunacaq.
Dövlət başçısına yeni salınan bulvarda aparılan işlər barədə də məlumat verilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanında və onun ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış olublar. Görülən işlər barədə Prezidentə məlumat verilib.
Dövlət başçısı və xanımı ərazidə inşa olunan yeni İdman-Konsert Kompleksinin tikintisinə də baxıblar. İnşaat işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev həyata keçirilən tədbirlərlə bağlı icraçılara müvafiq tapşırıqlarını verib.








Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı