Modern.az

ATƏT-in fəaliyyətdə olan sədri: “Minsk qrupu ilə sıx işləmək niyyətindəyik”

ATƏT-in fəaliyyətdə olan sədri: “Minsk qrupu ilə sıx işləmək niyyətindəyik”

Təhsil

13 Yanvar 2012, 08:51

ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor ATƏT Daimi Şurasının bu il birinci iclasında İrlandiyanın quruma sədrliyinin prioritetlərini açıqlayıb.

AzərTAc xəbər verir ki, E.Gilmor sədrliyin üç əsas istiqamət üzrə prioritetlərindən danışaraq deyib ki, İrlandiya bütün istiqamətlər üzrə tarazlaşdırılmış prinsiplər işləyib hazırlayıb.

E.Gilmor bildirib ki, hüquqlara və fundamental azadlıqlara, habelə üzv ölkələrin həmin sahədə ATƏT qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə, habelə İnternet azadlığına, idmanda irqçiliyə, ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizəyə xüsusi diqqət yetiriləcək: “ATƏT-in bir sıra ölkələrində hüquq və fundamental azadlıqlarla bağlı problemlər mövcuddur. Bununla əlaqədar biz fundamental azadlıq məsələlərini müzakirə etmək üçün iyun ayında Dublində görüş təşkil etmək niyyətindəyik”. 

Sədr ATƏT-in fəaliyyətinin hərbi-siyasi istiqamətindən danışaraq bildirib ki, adi silahların azaldılması, kibertəhdidlərə, terrorizmə, trafikinqə, narkotiklərin daşınmasına qarşı mübarizə, habelə münaqişələrin aradan qaldırılması və onların həlli üzrə iş davam etdiriləcək. 
Dnestryanı bölgə və Cənubi Qafqaz münaqişələri üzrə 2 xüsusi nümayəndənin təyin edildiyini bildirən E.Gilmor vurğulayıb ki, bu il İrlandiya sədr ölkə kimi Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu ilə sıx işləmək niyyətindədir. 
Fəaliyyətdə olan sədr, həmçinin qeyd edib ki, aprelin 27-də Dublində Şimali İrlandiyanın konkret timsalında münaqişələrin həllinə həsr olunmuş xüsusi konfrans keçiriləcək.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı