Modern.az

ARDNŞ rəsmisi: “Sənədsiz evləri yenə də sökəcəyik”

ARDNŞ rəsmisi: “Sənədsiz evləri yenə də sökəcəyik”

Təhsil

13 Yanvar 2012, 12:49

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Hüquq idarəsinin rəisi Eldar Orucov jurnalistlərə açıqlamasında deyib ki, ARDNŞ-yə məxsusu ərazilərdə inşa edilmiş ki qanunsuz tikililərlə bağlı məhkəmələrdə hazırda 12 min iddia var. İndiyədək həmin işlərdən 4 mini üzrə qətnamə qəbul olunub və icraya yönəldilib, 8 minə yaxın işə isə məhkəmələrdə baxılmaqdadır.

Eldar Orucovun sözlərinə görə, sənədsiz evlərlə bağlı yeni addımlar atılacaq. Belə ki, 2012-ci ildə təkcə Binəqədi rayonu ərazisindəki qanunsuz tikililərlə bağlı 8 min iddianın qaldırılması nəzərdə tutulur.
“Bununla da Binəqədi rayonunda ARDNŞ-a məxsus torpaqlarda tikilmiş bütün qanunsuz tikililər əhatə olunacaq”-deyə o, bildidb.  İdarə rəisi deyib ki, son 6 ay ərzində təkcə Balaxanı ərazisində sənədsiz evlərlə bağlı 6300-dən çox iddia qaldırılıb.

Eldar Orucov yaşayış evlərinin sökülməsi haqqında yayılan məlumatları təkzib edib: “Əvvəla, bütün evlər qətnamə əsasında sökülür. İkincisi, ancaq yaşayış olmayan evlər sökülür, yaşayış olan evlər sökülmür. Vətəndaşlara yaşayış problemlərini həll etmək və hüquqlarını müdafiə etmək üçün vaxt verilir. İşlərin böyük əksəriyyəti üzrə apellyasiya və hətta kassasiya şikayəti verilir. Hüquqi prosedur bitəndən sonra da vətəndaşlara problemlərini həll etməsi üçün vaxt verilir. Təkcə Binəqədidə indiyədək 1200-1300 tikilməsi haqqında qətnamə olmasına baxmayaraq heç bir tikili sökülməyib. Söküntü işlərinin aparılması da çox vaxt vətəndaşlara həvalə olunur. ARDNŞ Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Səbail rayon şöbəsindən qətnamələri dərhal icra etməməyi xahiş edib. Bu qətnamələr vətəndaşlara onlara torpaq ayırmış bələdiyyələri də məhkəməyə vermək üçün imkan verir, amma etiraf edək ki, əksəriyyət buna o qədər də həvəslə yanaşmır. Ümid edirəm ki, gələcəkdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti nəticəsində vətəndaşlar bu sahədə  aktivləşəcək”.

E.Orucov deyib ki, ARDNŞ qanunsuz tikililərlə mübarizə sahəsində işləri gücləndirib.

Modern.az xatırladır ki, ölkə ərazisində, o cümlədən paytaxtda çoxlu icazəsiz tikililər var ki, onların əksəriyyəti vətəndaşların yaşadığı fərdi evlərdir. Hələ 2008-ci ilin sonlarında heç bir qanuni sənədi olmayan belə evlərin siyahılaşdırılmasına başlanılmışdı. Amma yarımçıq qaldı. Nəhayət 2011-ci ilin əvvəlində Prezident İlham Əliyevin keçirdiyi iclasda məsələ yenidən gündəmə gətirildi.
Ölkə başçısının Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq müvafiq tədbirlərə yenidən start verildi.
Prezidentin göstərişinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti sənədsiz evlərin məsələsiylə bağlı mexanizm hazırlamalı və layihə razılaşdırılmaq üçün Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunmalıdır. Bundan sonra yekun variant qəbul edilə bilər.
   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı