Modern.az

Şıkayətçi: “Bu hadisədən sonra “102”-yə inamımız itib”

Şıkayətçi: “Bu hadisədən sonra “102”-yə inamımız itib”

Təhsil

13 Yanvar 2012, 17:29

Xırdalan şəhərində iki nişanlının evlənməsinə mane olan üçüncü tərəf barədə ötən yazılarımızda məlumat vermişdik.

Məhz bu səbəbdən xeyli vaxtdır nişanlı olan Xaxıyev Pərviz Hakim oğlu ilə Cəfərova Səkinə İbiş qızının fevralın 1-ə təyin olunmuş toy təxirə salına bilər.

 Bu barədə Modern.az saytına Səkinə Cəfərova məlumat verib.

Şikayətçi deyib ki, bu işdə onları təhdid edən şəxsə Dövlət Yol Polisində alay komandirinin müavini işləyən Şamil Sövdəliyev də kömək göstərir.

Səkinə Cəfərova bildirib ki, nişanlısı təhdidlə bağlı bir neçə dəfə Daxili İşlər Nazirliyinin “102" xidmətinə məlumat verib. Lakin bütün bunlara baxmayaraq təhdidlər davam edir. Bunun nəticəsində qızın nişanlısı gizlənmək məcburiyyətində qalıb.

Modern.az məsələyələ bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamışdı. Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirmişdi ki, təhdidlərə məruz qalan şəxs “102 xidməti”nə müraciət etməklə yanaşı, yaşadığı ərazisinin Polis şöbəsinə də gedib ərizə ilə müraciət etməlidir.

Redaksiyamıza yenidən müraciət edən Səkinə Cəfərova bildirib ki, məsələylə bağlı Abşeron Polis şöbəsinə də müraciət ediblər: “Şöbə rəisi həm bizi, həm də nişanlımı təhdid edən şəxsi qəbul etdi. Bizi təhdid edən rəisin yanında da nalayiq ifadələr işlətdi. Bunu görən rəis göstəriş verdi ki, iş məhkəməyə göndərilsin. Təhdidçi təhqirə yol verdiyinə görə, həbs olunsun. Amma məlum oldu ki, məhkəmə onu azad edib”.

“Biz şikayətimizdə Dövlət Yol Polisində alay komandirinin müavini işləyən Şamil Sövdəliyevin də təhdidçiyə kömək etdiyini də bildirmişdik. Ancaq onu cinayət məsuliyyətinə cəlb edən olmadı”-deyə şikayətçi bildirib.

 O, qedy edib ki, indi də təhdidlər davam edir: “İndi biz neyləyək. “102”-yə zəng vurduq, polis şöbəsinə müraciət etdik. Nəticə də belə... Doğrudanmı, Azərbaycanda bu cür haqsızlıq var...Hansı addım atacağımızı bilmirik. Yalnız onu deyə bilərəm ki, bu məsələdən sonra hamının güvəndiyi “102”-yə inamımız itib”.

Modern.az məsələylə bağlı yenidən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxlayıb.

O, bunun ailə münaqişəsi olduğunu və burada yalnız yenidən şikayətçinin yaşadığı ərazinin polis bölməsinə müraciət etməklə məsələnin həllinin mümkünlüyünü bildirib: “Əgər şikayətçi şəxsə təzyiqlər davam edirsə, o zaman o, yenidən həmin Polis bölməsinə müraciət etsin və yenidən araşdırmalar aparılsın”.

Aytən ƏLİYEVA 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı