Modern.az

AZAL təqdimat mərasimi keçirəcək

AZAL təqdimat mərasimi keçirəcək

Təhsil

30 Mart 2012, 12:34

Azərbaycan Hava Yolları (AZAL) aprelin 2-də Azərbaycana gətirilən  yeni “Boeing 767-300ER” və “Boeing 767-300F” təyyarələrinin təqdimat mərasimini keçirəcək. Bu barədə Modern.az-a AZAL-ın mətbuat  xidməti məlumat verib.

 Q eyd edilib ki, “Boeing-767-300ER” Azərbaycan Hava Yolları tərəfindən istifadə olunacaq, “Boeing-767-300F” isə “Silk Way Airlines” tərəfindən Avropa, Yaxın Şərq və Asiyaya yükdaşımalarda istifadə olunacaq.  “Blended Winglet” texnologiyası hər təyyarədə ildə 1.7 milyon tona qədər yanacağa qənaət etməyə imkan verir, dəm qazının tullantılarını 5 000 tondan çox azaldır, birbaşa uçuş məsafəsini və yükgötürmə qabiliyyətini artırır.  

Mail Ağaxanov
 
Sizə yeni x var
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar