Modern.az

AMİP 8 aprel mitinqinə qoşulmaqdan rəsmən imtina etdi

AMİP 8 aprel mitinqinə qoşulmaqdan rəsmən imtina etdi

Təhsil

4 Aprel 2012, 12:09

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İctimai Palatanın aprelin 8-nə təyin etdiyi mitinqə qoşulmamaq haqda qərar qəbul edib. Bununla bağlı partiya sədri Yusif Bağırzadə Modern.az-a bildirib.

“AMİP siyasi təşkilat olaraq İctimai Palatanın mitinqinə qoşulmayacaq. Amma üzvlərimiz azaddır, aksiyaya qoşula bilərlər. Biz belə məhdudiyyət qoymuruq. Qeyd edim ki, partiyamız Siyasi Şurada 8 aprel mitinqinə qatılmamaq hada rəsmi qərar qəbul edib”-deyə Y.Bağırzadə qeyd edib.

AMİP sədri belə bir qərarın qəbul edilməsində əsas səbəb kimi İctimai Palatanın rəsmi olaraq onlara müraciət etməməsini göstərib: “Hesab edirəm ki, əvvəlcədən bizimlə ikitərəfli və yaxud dörd tərəfli məsləhətləşmələr getsəydi, rəsmi səviyyədə bizə müraciətlər olsaydı, partiyamızım qərarı başqa olardı”

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...