Modern.az

Bakıda GUAM-ın görüşü olacaq

Bakıda GUAM-ın görüşü olacaq

Təhsil

9 Aprel 2012, 16:10

Bakıda Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti görüşü keçiriləcək. Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, aprelin 10-da görüşdə 2012-ci il üçün GUAM-ın Azərbaycan sədrliyinin prioritetləri müzakirə ediləcək. Bundan əlavə, GUAM üzv dövlətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, GUAM çərçivəsində sahəvi əməkdaşlıq istiqamətində mövcud vəziyyət, eləcə də “GUAM +” formatında sözügedən təşkilatın tərəfdaşları ilə münasibətləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki,, Azərbaycan 2012-ci ilin yanvarın 1-dən bir il müddətinə GUAM-da sədrlik funksiyalarını öz üzərinə götürüb. Görüşdə Azərbaycan tərəfini XİN-nin müavini Araz Əzimov təmsil edəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı