Modern.az

Şəkidə zəlzələ olub

Şəkidə zəlzələ olub

Təhsil

24 May 2012, 18:35

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən  verdiyi məlumata görə, bu gün Azərbaycanın Şəki rayonunda zəlzələ olub. AMEA  Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olan məlumata əsasən, 24 may 2012-ci il tarixində Bakı vaxtı ilə saat 16:48-də Şəki rayonunun inzibati mərkəzindən 14 km cənub-qərbdə zəlzələ qeydə alınıb. Episentrdə zəlzələ 3,0 bal olubdur. Şəkidə və episentrə yaxın yaşayış məntəqələrində zəlzələ 2,0 bal hiss olunub. İlkin məlumata əsasən, insan tələfatı olmayıb.

Modern.az  
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!