Modern.az

Deputat Türkiyədə Xocalı soyqırımı ilə bağlı həbs edilənləri müdafiə etdi

Deputat Türkiyədə Xocalı soyqırımı ilə bağlı həbs edilənləri müdafiə etdi

Təhsil

29 Dekabr 2012, 11:31

Millət vəkili, Xocalıdan olan deputat Elman Məmmədov Modern.az-a açıqlamasında deyib ki, türkiyəli gənclərin Xocalı soyqırımı ilə bağlı yürüş etdiklərinə görə həbsi təəssüf doğuran haldır. Millət vəkili onu da bildirib ki, dünyada azərbaycanlılara qarşı deyil, bütün Türk Dünyasına qarşı tərəfçilik siyasəti yeridirlər:
“Bu bizdə çox böyük təəssüf hissi doğurur. Belə olmalı deyil. Ermənilər dünyada azərbaycanlılara qarşı deyil, bütün Türk Dünyasına qarşı qərəzçilik siyasəti yeridirlər. Guya, Xocalı soyqırımına qarşı çıxan türklər ermənilərə həqarət ediblər və buna görə onları həbs etməyi pisləyirəm”.

Millət vəkilinin sözlərinə görə, onların məhkəməyə verilmələri düzgün deyil: “Belə bir qərarı düzgün qiymətləndirmirəm. Hesab edirəm ki, Türkiyə siyasətçiləri  bu barədə düşünməlidirlər”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı