Qazaxda yerləşən "N" saylı hərbi hissənin əsgəri hərbçi yoldaşını güllələyib
Yanvarın 7-də saat 11:30 radələrində Qazax rayonunun Cəfərli kəndindəki "N" saylı hərbi hissədə silahlı insident baş verib.
Modern.az ANS-ə istinadən xəbər verir ki, Yevlax rayon Hərbi Komissarlığdan çağrılmış 1993-cü il təvəllüdlü Ruslan Mirzə oğlu Şahbazov, 1994-cü il təvəllüdlü Vahid Telman oğlu Ağabalazadəni güllələyib.
Baş nahiyyəsindən ağır yaralanan əsgər Vahid Ağabalazadəni hospitala yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi deyilir.
Hələlik insidentlə bağlı hərbi hissədən heç bir açıqlama verilməyib.
Modern.az