Modern.az

Elmlər Akademiyasının yeni prezidenti apreldə seçilə bilər

Elmlər Akademiyasının yeni prezidenti apreldə seçilə bilər

Təhsil

28 Mart 2013, 14:21

“AMEA-nın ümumi illik yığıncağının aprelin 24-də keçirilməsi planlaşdırılır”. Bu sözləri Modern.az-a açıqlamasında AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov deyib. Lakin o, gündəliyin hələ təsdiq olunmadığını bildirib. “Aprelin 24-də ümumi illik yığıncağın keçirilməsi planlaşdırılır. Amma gündəlik hələlik təsdiq olunmadığı üçün bu haqda məlumat vermək tezdir”.

A. Həşimov ümumi illik yığıncaqda AMEA prezidentinin seçilib-seçilməyəcəyi məsələsi barədə də xəbərsiz olduğunu qeyd edib.

 

Aytən Əliyeva

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı