Modern.az

“Azəryolservis” Bakı-Quba yolundakı qəzalı körpünün vəziyyəti barədə məlumat verdi

“Azəryolservis” Bakı-Quba yolundakı qəzalı körpünün vəziyyəti barədə məlumat verdi

Təhsil

29 Mart 2013, 10:58


Bakı-Quba yolundakı, Sumqayıt - H.Z. Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrində yerləşən körpü  avtomobillərin hərəkəti üçün açıqdır.

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Modern.az-a verdiyi məlumata görə, hazırda körpüdə hər iki istiqamətdə hərəkət var. ASC rəsmisi bildirib ki, hazırda mütəxəssislər körpünü yoxlayırlar və bir-iki saata körpünün vəziyyəti aydınlaşacaq:

“Sakinlər deyirlər ki, körpü qəzalı vəziyyətdə olub. Amma belə bir şey olsaydı biz körpünü bağlayardıq. Hazırda hadisə yerində olan mütəxəssislərimiz də bunu araşdırırlar”.  

Qeyd edək ki, Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrində yerləşən körpünün qəzalı vəziyyətə düşməsi xəbəri yayılandan sonra bu gün səhər orada nəqliyyatın hərəkəti bir neçə saatlığa dayandırılmışdı.
 

Gültəkin Ələsgər 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı