Modern.az

Maliyyə Nazirliyi 2013-cü ilin dövlət büdcəsi barədə məlumat yaydı: “Artıqlıq yaranıb”

Maliyyə Nazirliyi 2013-cü ilin dövlət büdcəsi barədə məlumat yaydı: “Artıqlıq yaranıb”

Təhsil

16 Aprel 2013, 13:30

Modern.az
xəbər verir ki, Maliyyə Nazirliyi 2013-cü ilin 1-ci rübündə dövlət büdcəsinin icrasına (operativ) dair məlumat yayıb. Bildirilib ki, 2013-cü ilin birinci rübündə  dövlət büdcəsinin mədaxili 4669,6 mln. manat,  xərcləri 4514,8 mln. manat olub, 154,8 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. 

Gəlirlər

2013-cü ilin 1-ci rübündə dövlət büdcəsinin mədaxili 3565,3 mln. manat proqnoza qarşı  4669,6 mln. manat və ya 31,0 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1181,8 mln. manat və ya 33,9 faiz çox olub. Azərbaycan Respublikası Vergilər Nazirliyi mədaxil proqnozu 103,2 faiz icra edilməklə dövlət büdcəsinə 1523,5 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 47,2 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə 133,0 mln. manat və ya 9,6 faiz çoxdur. 2013-cü ilin 1-ci rübündə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi proqnoza 100,3 faiz əməl edərək büdcəyə 289,5 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,0 faiz və yaxud 37,8 mln. manat çoxdur. Sair daxilolmalardan nəzərdə tutulan 6,3 mln. manata qarşı  büdcəyə 16,2 mln. manat və ya proqnoza nisbətən 2,6 dəfə çox vəsait daxil olub. Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə 2840,4  mln. manat  vəsait transfert edilib.

Xərclər

2013-cü ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 4514,8 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1671,6 mln. manat və ya 58,8 faiz çoxdur. İqtisadi təsnifata uyğun olaraq cari ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 25,8 faizi və ya 1164,0 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib. Funksional təsnifata uyğun olaraq iqtisadi fəaliyyətlə bağlı xərclərə (Sahibkarlığa Kömək Milli Fondu, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, özəlləşdirmədən qabaq müəssisələrin sağlamlaşdırılması, İpoteka Fondu) 2,1 dəfə (49,5 mln. manat), sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 1,9 dəfə (930,7 mln. manat), müdafiə xərclərinə 1,5 dəfə (100,0 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf  mühitin mühafizəsi xərclərinə 49,1 faiz (29,1 mln. manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 18,3 faiz (6,2 mln. manat), səhiyyə xərclərinə 13,2 faiz (10,9 mln. manat),  məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 9,5 faiz (16,2 mln. manat) çox vəsait yönəldilmişdir. 2013-cü ilin 3 ayı ərzində dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 1913,0 mln. manat və yaxud 2012-ci ilin eyni dövrü ilə müqayisədə 929,0 mln. manat və ya 1,9 dəfə çox vəsait yönəldilib. İstifadə olunmuş  vəsaitdən təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına  225,0 mln. manat, enerji, su təchizatı, qaz, yol, su, hava və metro nəqliyyatı, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1688,0 mln. manat vəsait yönəldilib.  

İcmal büdcə

Cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 5573,5 mln. manat icra edilib. İcmal büdcənin xərcləri 4906,0 mln. manat icra olunub ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 1713,2 mln. manat və ya 53,7 faiz coxdur.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı